Kabildə İtaliyanın təyyarəsi atəşə tutulub?

   Kabildə İtaliyanın təyyarəsi atəşə tutulub?
  26 Avqust 2021    Oxunub:736
Kabil hava limanında İtaliyaya məxsus C-130J hərbi təyyarəsi havaya qalxarkən atəşə tutulmayıb.
Azvision.az xəbər verir ki, bunu respublikanın xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən “Rai News 24” telekanalı məlumat verib. Qeyd olunub ki, Kabil hava limanında açılan atəş Əfqanıstandan mülki vətəndaşları təxliyə edən hərbi təyyarəyə yönəlməyib.

Təyyarə jurnalistləri və mülki vətəndaşları təxliyə edirmiş. “La Stampa” qəzeti təyyarənin göyərtəsində jurnalistlər və 98 Əfqanıstan vətəndaşı olduğunu qeyd edib.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: İtaliya  





Xəbər lenti