Kabildə terror: 40 ölü, 70 yaralı - YENİLƏNİB

  Kabildə terror:  40 ölü, 70 yaralı -  YENİLƏNİB
  26 Avqust 2021    Oxunub:2497
Kabil hava limanında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 40 nəfər həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə “Nyu York Times” nəşri məlumat yayıb. "Əl-Cəzirə" bildirib ki, partlayış nəticəsində 70-ə yaxın insan yaralanıb. Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla hadisəni terror aktı adlandırıb.

***

Kabil hava limanının terror xəbərdarlığı səbəbi ilə bağlanmış 3 giriş qapısından birində partlayış baş verib.

Azvision.az “Reuters” xəbər agentliyinə istinadən xəbər verir ki, partlayış terrorçu-kamikadze tərəfindən törədilib və azı 13 nəfər ölüb. “Əl -Cəzirə” telekanalının verdiyi məlumata görə, azı 15 nəfər yaralanıb.

Böyük Britaniya Müdafiə Nazirliyi partlayış nəticəsində itkilərin olmadığını, Pentaqon isə 3 ABŞ hərbçisinin yaralandığını bildirib. Öz növbəsində, "Al Hadath" ölənlər arasında ABŞ hərbçilərinin olduğunu vurğulayıb.

***

Əfqanıstanın paytaxtı Kabil şəhərinin hava limanında partlayış səsləri eşidilib. Azvision.az xəbər verir ki, bu barədə “Shamshad TV” məlumat verib. Dağıntı və tələfat barədə məlumat verilməyib. Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) mətbuat xidmətinin rəhbəri Con Kirbi tviterdə bildirib ki, partlayış cümə axşamı günü ( 26 avqust – Red) hava limanının yaxınlığında baş verib, ABŞ hərbçiləri arasında itki yoxdur.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Əfqanıstan   Kabil  





Xəbər lenti