İraqda hamilə qadınlara vaksin vurulacaq

İraqda hamilə qadınlara vaksin vurulacaq
  26 Avqust 2021    Oxunub:1377
İraq Səhiyyə Nazirliyi hamilə qadınların koronavirusa qarşı peyvənd edilməsinə icazə verib.
Azvision.az xəbər verir ki, bu barədə İraqın “Al Sumaria” telekanalı məlumat yayıb.

İcazəyə əsasən hamilə qadınlar üçün mRNA vaksinləri (Pfizer) istifadə ediləcək. Peyvəndin ilki növbədə xroniki xəstəliyi, anemiyası və ya piylənməsi olan hamilə qadınlara vurulması tövsiyə olunur.

Dərman istifadəsinə, dozalar arasında iki həftəlik fasilələrlə, hamiləliyin dördüncü ayından əvvəl icazə verilmir. Səhiyyə Nazirliyi peyvəndlərin könüllü olaraq həyata keçirildiyini vurğulayıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Hamilə   İraq  





Xəbər lenti