Qazaxıstanda hərbi hissədə partlayış, 30-dan çox şəxs yaralanıb

Qazaxıstanda hərbi hissədə partlayış,    30-dan çox şəxs yaralanıb
  26 Avqust 2021    Oxunub:1237
Qazaxıstanın Jambıl vilayətindəki hərbi hissənin anbarının yaxınlığında baş verən altı partlayış zamanı 30-dan çox şəxs yaralanıb.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Bayzak rayonunda yerləşən hərbi hissədə anbarlardan birinin yaxınlığında qeydə alınan yanğın partlayışla nəticələnib. Hazırda Fövqəladə Hallar İdarəsinin yanğınsöndürmə briqadaları alovun söndürülməsinə kömək edir.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti