Mina partlaması nəticəsində üç Pakistan hərbçisi həlak olub

Mina partlaması nəticəsində üç Pakistan hərbçisi həlak olub
  27 Avqust 2021    Oxunub:956
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində minalanmış avtomobilin partlaması nəticəsində ən azı üç hərbçi həlak olub, üçü yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Dawn” nəşri məlumat yayıb.

Hadisə Ziarat bölgəsində terrorçuların girov götürdüyü şəxslərin azad edilməsi əməliyyatı zamanı baş verib. Partlayış nəticəsində Pakistan ordusunun bir mayoru və iki əsgəri yerindəcə ölüb, yaralılar xəstəxanaya yerləşdirilib.

Millətçi və separatçı qrupların fəallaşması nəticəsində Bəlucistanda vəziyyət son aylarda kəskinləşib. Avqust ayında Pakistan Silahlı Qüvvələrinin bir zabiti ekstremistlərin yerləşdirdiyi minaya düşərək həlak olmuşdu.

Azvision.az



Teqlər: Pakistan   Partlayış  





Xəbər lenti