Ermənistanda koronavirusa yoluxanların sayı 240 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 240 mini ötdü
  27 Avqust 2021    Oxunub:983
Ermənistanda son sutka ərzində daha 522 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 240 261 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 11 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4796-ya yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1151 nəfərdir.

Aktiv xəstələrin sayı 8721 nəfər təşkil edir.

Azvision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti