Ərdoğan "Taliban"la görüş barədə - "Hava limanının işlədilməsi təklif olundu"

      Ərdoğan "Taliban"la görüş barədə    - "Hava limanının işlədilməsi təklif olundu"
  27 Avqust 2021    Oxunub:1852
"Türkiyənin Kabildəki səfirliyində “Taliban” heyəti ilə 3,5 saat davam edən görüş keçirilib. Ehtiyac olarsa, yenidən belə görüşlər olacaq".
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, bununla bağlı səslənən tənqidlərə də münasibət bildirib:

"Kimin necə və hansı tənqidi etdiyini bilmirəm. Hər kəsin tənqid etmək haqqı var. Amma bizim də kiminləsə görüşmək üçün bir başqasından icazə almaq kimi lüksumuz yoxdur. Bu cür danışıqlar prosesini sağlam şəkildə həyata keçirməyə çalışırıq. Onların gözləntiləri nədir, bizim gözləntilərimiz nədir? Bütün bunlar danışıqlar yolu ilə müəyyən ediləcək. Diplomatiya budur. Hazırda dostlarımız bunu əzmlə həyata keçirirlər".

Ərdoğanın sözlərinə görə, "Taliban" Türkiyəyə Kabil hava limanının işlədilməsini təklif edib: "Amma hələ bir qərarımız yoxdur".

Azvision.az



Teqlər: Türkiyə   Əfqanıstan  





Xəbər lenti