ABŞ və müttəfiqləri Kabildən 105 min nəfəri təxliyə edib

ABŞ və müttəfiqləri Kabildən 105 min nəfəri təxliyə edib
  27 Avqust 2021    Oxunub:951
"ABŞ müttəfiqləri ilə birlikdə avqustun 14-dən bəri Kabil hava limanından təxminən 105 min insanı təxliyə edib".
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Endryu Bates bildirib.

"Son 24 saat ərzində Kabildən 12,5 min insan çıxarılıb. 14 avqustdan bu yana təxliyə edilənlərin sayı 105 minə yaxındır", - o, “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, dünən Kabil limanı yaxınlığında silsilə partlayışlar baş verib. Terror aktına görə məsuliyyəti "İŞİD" öz üzərinə götürüb. Son məlumatlara görə, hücumda 13 -ü Amerika əsgəri olmaqla 110 nəfər həyatını itirib. Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı hadisəni qətiyyətlə pisləyib və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.

Bayden, təxliyə əməliyyatının vaxtında - 31 Avqusta qədər tamamlanmasının planlaşdırıldığını vurğuladı.

Azvision.az



Teqlər: Əfqanıstan   ABŞ  





Xəbər lenti