Türkiyə hərbçilərinin ikinci qrupu Əfqanıstandan vətənə qayıdıb

 Türkiyə hərbçilərinin ikinci qrupu Əfqanıstandan vətənə qayıdıb
  27 Avqust 2021    Oxunub:1420
Əfqanıstandan çıxarılmasına qərar verilən Türkiyə sülhməramlılarının təxliyəsi davam edir. Bu gün əsgərlərin ikinci qrupunu gətirən təyyarə Ankarada eniş edib.
Azvision.az bu barədə "TRT Haber"ə istinadən məlumat verir.

Qeyd olunub ki, Türk Hərbi Hava Qüvvələrinə aid təyyarə heyəti Kabildən Pakistanın paytaxtı İslamabada çatdırıb. Ordan isə sülhməramlılar Türk Hava Yollarına məxsus təyyarə ilə Ankarya yola düşüblər. Artıq sülhməramlıların ikinci qrupunu Əfqanıstandan gətirən təyyarə Ankarada eniş edib.

Xatırladaq ki, dünən 345 nəfərdən ibarət heyət ölkəyə qayıdıb.
Əfqanıstandakı Türkiyə kontingenti ümumilikdə 500-ə yaxın hərbçidən ibarətdir.

Azvision.az



Teqlər: Türkiyə   Əfqanıstan  





Xəbər lenti