Rusiya Sibirdə yeni meqapolislər salacaq
"Sergey Kujugetoviçin təşəbbüslərini dəstəkləyirəm, Omsk bölgəsinə səfərimiz ərəfəsində onunla görüşdük və bu təşəbbüsləri müzakirə etdik. Bu, Sibirin potensialı nəzərə alınaraq Sovet dövründə əsası qoyulan inkişafın faktiki olaraq yenidən bərpasıdır. Bu klaster yanaşmasıdır, ayrı-ayrı klasterlərin – Sibir subyektləri ərazisində sənayenin, elmin və texnologiyanın inkişafıdır. Gənclər Sibirdə qalmalıdır", - Omskda iki günlük səfərdə olan Abramçenko deyib.
Baş nazirin müavini bildirib ki, gəncləri cəlb etmək üçün heç bir ekoloji problemin olmadığı, "müasir mənzillərin və insanların xoşbəxt yaşayıb-işləməkdən məmnun qalacağı şəraitin" olduğu rahat bir mühitə ehtiyac var. Onun sözlərinə görə, Anqara-Yenisey makrorayonunun inkişafı üçün ayrıca bir layihə və Cənubi Sibir ərazisinin inkişafı üçün isə başqa bir layihə mövcuddur.
Nadir Quliyev
Azvision.az