Danimarka məhdudiyyətləri aradan qaldırır

Danimarka məhdudiyyətləri aradan qaldırır
  27 Avqust 2021    Oxunub:1429
Danimarka koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətləri 10 sentyabrdan etibarən aradan qaldırır. Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə səhiyyə idarəsinin cümə günü yaydığı açıqlamada bildirilib.
Səhiyyə naziri Maqnus Heunike bildirib: "Epidemiya nəzarət altındadır, vaksinasiya göstəricilərimiz yüksəkdir”.

Danimarka on iki və daha yuxarı yaşda olan beş vətəndaşından dördünə tam peyvənd edilməklə, dünyada ən yüksək koronavirus peyvəndi nisbətlərindən birinə sahibdir. Buna görə də hökumət artıq COVID-19-u "cəmiyyət üçün kritik xəstəlik" hesab etmir.

"Hökumət bu tədbirləri lazım olduğundan daha uzun müddət davam etdirməyəcəyinə söz vermişdi və indi durumumuz belədir. Ancaq hər şey yaxşı görünsə də, hələ epidemiyadan tam qurtulmamışıq", - o deyib. Vəziyyət pisləşərsə, məhdudiyyətlərin yenidən tətbiq oluna biləcəyini söyləyib.


Cümə axşamı günü Danimarka xəstəxanalarında COVID-19 diaqnozu qoyulan xəstələrin sayı 127-dir. İnfeksiyadan sonra baş verən ağırlaşmalardan ölənlərin ümumi sayı 2573-ə çatıb.

Nadir Quliyev
Azvision.az



Teqlər: Danimarka   COVİD19  





Xəbər lenti