Kabildəki terrorda ölənlərin sayı 200 nəfərə çatıb - YENİLƏNİB

 Kabildəki terrorda ölənlərin sayı 200 nəfərə çatıb -  YENİLƏNİB
  27 Avqust 2021    Oxunub:1976
Əfqanıstanın paytaxtı Kabil şəhərində hava limanında törədilmiş partlayışlar nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə “Wall Street Journal" məlumat yayıb.

***
18:24
Əfqanıstanın paytaxtı Kabildə hava limanı yaxınlığında törədilən partlayışlarda ən az 170 nəfər ölüb. Onların əksəriyyəti əfqanlardır.

Azvision.az xəbər verir ki, bu barədə “CBS” telekanalı Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Daha əvvəl 110 nəfərin öldüyü barədə xəbəri verilmişdi.

Terror aktı nəticəsində ölənlər arasında ən azı üç uşaq, xeyli yaralının olduğu bildirilir.

Pentaqon cümə axşamı 13 amerikalı hərbçinin öldüyünü, daha 18-nin yaralandığını təsdiqləyib.

Qeyd edək ki, dünən Kabildə silsilə partlayışlar baş verib. Terror aktına görə məsuliyyəti "İŞİD" öz üzərinə götürüb. Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı hadisəni qətiyyətlə pisləyib və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.

ABŞ Prezdenti Co Bayden təxliyə əməliyyatının vaxtında - 31 avqusta qədər tamamlanmasının planlaşdırıldığını vurğulayıb.

Azvision.az



Teqlər: Əfqanıstan   Terror  





Xəbər lenti