Kabildəki partlayışlarla görə saxlanılanlar var

Kabildəki partlayışlarla görə saxlanılanlar var
  27 Avqust 2021    Oxunub:1373
Əfqanıstanın paytaxtı Kabildə hava limanında baş verən partlayışlarla əlaqədar bir neçə nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Taliban”ın nümayəndəsi Zabiullah Mücahid bildirib.

"Bəli, bir neçə nəfər saxlanılıb”, - deyən Mücahid dəqiq detalların hələ açıqlanmadığını əlavə edib.

Qeyd edək ki, terror aktları nəticəsində ən az 170 nəfər ölüb. Onlardan 13-ü amerikalı hərbçilərdir. Terror aktına görə məsuliyyəti "İŞİD" öz üzərinə götürüb.

Azvision.az




Teqlər: Əfqanıstan   Terror  





Xəbər lenti