İDEX-2021: Atıcılıq təliminə yeni yanaşma
2003-cü ildə “Caswell International” Britaniyanın nəhəng “Meggitt PLC” şirkətinin nəzarətinə keçdi. Daha sonra isə Britaniya şirkətinin özünü də Vaşinqtonda yerləşən “Pine Island Capital Partners” aldı. Beləliklə, 2020-ci ildə təcrübəli idarəçilik və yatırım komandasına malik şirkətlər birliyi “InVeris Training Solutions” adlanmağa başladı.
Şirkət təxminən bir əsrdir ki, təhlükəsizlik orqanlarının əməkdaşları üçün yüksək keyfiyyətli atıcı sistemlər istehsal edir. O, həmişə innovasiyalar yolu ilə gedərək, olduğu sahəyə xeyli yeniliklər gətirib. Hərəkət edən hədəflər sistemi, həmçinin, virtual atıcılıq təlimləri bu şirkətin innovasiyaları siyahısına daxildir.
Bu gün orduların tərkibində olan xüsusi təyinatlılar, hüquq-mühafizə orqanlarının anoloji dəstələrində xidmət edənlər yeni-yeni çağırışlarla üzləşirlər. Çevik reaksiyalar verməyin əhəmiyyəti getdikcə artır. Döyüşçülərin hazırlığına yeni aspektlərdən baxmaq lazım gəlir. Bu gün “InVeris Training Solutions” döyüş atıcılığı və virtual sistemləri birləşdirməklə, yeni yanaşma təklif edir. Onun bütün dünyada 15000 atıcılıq təlimi yeri, 5100 virtual sistemi var.
Hans Kloss
Tariyel Həsənov
Azvision.az
Teqlər: İDEX-2021