Qazaxıstanda partlayış: Ölənlərin sayı 12 nəfərə çatıb

 Qazaxıstanda partlayış:  Ölənlərin sayı 12 nəfərə çatıb
  27 Avqust 2021    Oxunub:2502
Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Daha əvvəl 9 nəfərin ölməsi barədə xəbər verilmişdi. Həlak olanlar arasında FHN əməkdaşları da var.

Xatırladaq ki, avqustun 26 -da axşam saatlarında Qazaxıstanın Cambul vilayətində silah-sursat anbarında yanğın baş verib. Yanğın partlayışlara səbəb olub. Hadisə nəticəsində 90-dan çox zərərçəkən xəstəxanalara yerləşdirilib. İtkin düşənlərin olduğu bildirilir.

Azvision.az



Teqlər: Qazaxıstan   Yanğın  





Xəbər lenti