Türkiyədə son sutkada virusdan 244 nəfər ölüb

Türkiyədə son sutkada virusdan 244 nəfər ölüb
  27 Avqust 2021    Oxunub:1468
Türkiyədə son sutka ərzində koronavirusa 18 340 yeni yoluxma halı qeydə alınıb, 244 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 295 647 nəfər test edilib, onların 18 340-nın testi pozitiv nəticə verib. Virusdan bir gündə 14 528 nəfər sağalıb.

Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 92 391 003 peyvənd tətbiq edilib ki, bunun da 76,57 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Azvision.az



Teqlər: Türkiyə   Virus  





Xəbər lenti