ABŞ Kabildəki terrordan sonra Əfqanıstana hava zərbəsi endirib

   ABŞ Kabildəki terrordan sonra Əfqanıstana hava zərbəsi endirib
  28 Avqust 2021    Oxunub:1928
ABŞ ordusu Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinə aviazərbələr endirib. Azvision.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, İŞİD terror qruplaşmasının silahlılarını məhv etmək üçün pilotsuz təyyarədən istifadə edərək hava zərbəsi endirilib.

"ABŞ Silahlı Qüvvələri İŞİD terrorçularına qarşı üfüqdən antiterror əməliyyatı keçirdi. Nanqarhar əyalətinə pilotsuz hava zərbəsi endirilib. İlkin məlumatlara görə, hədəf məhv edilib ... Mülki insanlar arasında itki yoxdur ", - məlumatda qeyd olunur.

Hava zərbəsi avqustun 26-da Kabil hava limanı yaxınlığında 13 Amerika hərbçisinin ölümünə səbəb olan hücumdan sonra baş verib. Pentaqon indiki əməliyyatın terror hücumu ilə əlaqəli olub -olmadığını açıqlamayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan   ABŞ  



Xəbər lenti