ABŞ və İsrail liderləri müzakirələr aparıb

ABŞ və İsrail liderləri müzakirələr aparıb
  28 Avqust 2021    Oxunub:992
ABŞ Prezidenti Co Bayden və İsrailin baş naziri Naftali Bennet Ağ Evdə danışıqlar aparıb. Tərəflər iki dövlət arasında əməkdaşlıqla yanaşı, Yaxın Şərqdə təhlükəsizliklə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, ölkə liderləri iki dövlətin əməkdaşlığına aid olan bir sıra məsələləri, həmçinin Yaxın Şərqdə təhlükəsizliyi müzakirə ediblər.

"Prezident Co Bayden İsrailin baş naziri Naftali Bennetlə Ağ Evdə görüş zamanı bir daha Birləşmiş Ştatlarla İsrail arasındakı tarixi əməkdaşlığı qeyd etdi, həmçinin iki ölkənin qarşısında duran qlobal və regional problemlərlə bağlı məsləhətləşmələr apardı", - açıqlamada vurğulanıb.

Bayden ABŞ-ın İsrailin təhlükəsizliyinə və ölkənin özünümüdafiə hüququna güclü dəstəyini ifadə edib, İsrailin "Dəmir günbəz" hava hücumundan müdafiə sisteminin bərpasına kömək etməyə hazır olduğunu bildirib.

Tərəflər İranla bağlı da müzakirələr aparıb. Bayden İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün addımlar atılacağını bildirib.

Azvision.az



Teqlər: ABŞ   İsrail  





Xəbər lenti