Qəzaya uğrayan Su-24-ün pilotları sağdır

Qəzaya uğrayan Su-24-ün pilotları sağdır
  28 Avqust 2021    Oxunub:1444
Axtarış-xilasetmə qrupu Rusiyanın Perm diyarında qəzaya uğrayan Su-24 təyyarəsinin pilotlarını tapıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə cümə günü Mərkəzi Hərbi Dairənin mətbuat xidmətindən məlumat verilib.

"Perm şəhərindən 95 km qərbdə qəzaya uğramış Su-24 təyyarəsinun ekipaj üzvləri tapılıb. Hazırda onlar ən yaxın xəstəxanadadırlar. Pilotların həyatına heç bir təhlükə yoxdur", - bölgədən bildiriblər.

Pilotlar Permdəki bir xəstəxanaya aparılacaq, hər ikisinə qol qırıqları diaqnozu qoyulub. Bu haqda hava xidmətindəki mənbə məlumat verib.

"Pilotlar təyyarədən düşdükdən sonra sərbəst şəkildə Zapolye kəndinə çatıblar və komandanlıqla telefon əlaqəsi yaradıblar. İlkin məlumatlara görə, onların qolları qırılıb. Permə aparırlar. Birinin hər iki qolu, digərinin bir qolu qırılmışdı ", - o bildirib.


Təcili xidmətdəki qaynaq pilotların vertolyotla təxliyə edildiyini bildirib.

Xatırladaq ki, Su-24 planlı təmir müəssisəsinə uçarkən Permdən 95 km aralıda qəzaya uğrayıb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib, yerdə heç bir dağıntı olmayıb.

Nadir Quliyev
Azvision.az



Teqlər: Su24   Qəza   Rusiya  





Xəbər lenti