Yaponiya 10-dan çox əfqanı Kabildən təxliyə edib

Yaponiya 10-dan çox əfqanı Kabildən təxliyə edib
  28 Avqust 2021    Oxunub:903
Yaponiya Özünümüdafiə Qüvvələri 10-dan çox Əfqanıstan vətəndaşının Kabil hava limanından təxliyəsinə kömək edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin "NHK" telekanalı məlumat yayıb.

Yaponiya hökuməti insanları təxliyə etmək üçün Əfqanıstanın paytaxtına C-130 təyyarəsini göndərib. Kabildən İslamabada bir Yaponiya vətəndaşı və 10 nəfərdən çox əfqan gətirilib. Onlar daha sonra Yaponiyaya yola düşəcəklər.

Xatırladaq ki, keçən həftə Tokio Əfqanıstandakı diplomatik missiyasını müvəqqəti olaraq bağlayıb, səfirliyin bütün yapon işçiləri Dubaya təxliyə edilib.

Azvision.az



Teqlər: Yaponiya   Əfqanıstan  





Xəbər lenti