Ermənistanda koronavirusdan ölənlərin sayı 4812 nəfərə yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 4812 nəfərə yüksəlib
  28 Avqust 2021    Oxunub:847
Ermənistanda son sutka ərzində daha 692 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 240 953 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 16 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4812-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1152 nəfərdir.

Aktiv xəstələrin sayı 9062 nəfər təşkil edir.

Azvision.az



Teqlər: Ermənistan   virus  





Xəbər lenti