Ermənistanda deputatların iclas zalına telefonla girməsi qadağan edilə bilər

Ermənistanda deputatların iclas zalına telefonla girməsi qadağan edilə bilər
  28 Avqust 2021    Oxunub:1296
Ermənistanda parlamentin iclas zalına deputatların mobil telefonlarla daxil olması qadağan edilə bilər. Bununla bağlı ideya hakim “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən irəli sürülüb.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məlumata görə, buna səbəb son vaxtlar parlamentdə baş verən qarşıdurmalardır. Qeyd olunub ki, təhlükəsizlik işçiləri jurnalistlərə davaları çəkməyi qadağan etdikdən sonra bu işi müxalifətdən olan deputatlar həyata keçiriblər. Onlar parlamentdəki insdentlərin videolarını çəkərək sosial şəbəkələrdə yayıblar. Vətəndaşlar bu hadisələri görməsin deyə, hökumət yeni məhdudiyyət üsulları üzərində düşünür.

Qəzetin yazdığına görə, hakim fraksiya daxili müzakirələr aparıb və müvafiq təkliflə parlament rəhbərliyinə müraciət etmək qərarına gəlib.

Xatırladaq ki, 24-25 avqust tarixlərində Ermənistan parlamentində üç belə insdent olub. Deputatlar təpik-yumruq davasına çıxıb, bir-birlərinə butulka atıblar.

Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti