"İŞİD" hələ təhdid olaraq qalır" - Makron

"İŞİD" hələ təhdid olaraq qalır" - Makron
  28 Avqust 2021    Oxunub:1066
Fransa prezidenti Emmanuel Makron “İŞİD”in təhdidinin hələ də qaldığını bəyan edib. Onun sözlərinə görə, Paris terror təşkilatı ilə mübarizədə İraqa dəstəyini davam etdirməyə hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə Makron İraqın baş naziri Mustafa əl-Kazımi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"İraq silahlı qüvvələrinin şücaəti və beynəlxalq koalisiyanın dəstəyi sayəsində “İŞİD” 2017-ci ildə tutduğu əraziləri itirdi. Amma sayıqlığımızı azaltmamalıyıq, çünki bu terror qrupu hələ də təhlükədir və bilirəm ki, hökumətiniz üçün terrorçularla mübarizə prioritet olaraq qalır”, - Makron deyib.

Fransa lideri Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq konfransına qatılmaq üçün İraqa səfər edib.

Azvision.az



Teqlər: Fransa   İraq  





Xəbər lenti