Türkiyədə ənənəvi tədrisə başlanılır

Türkiyədə ənənəvi tədrisə başlanılır
  28 Avqust 2021    Oxunub:1165
"Türkiyədə 6 sentyabr tarixindən 2021-2022-ci tədris ili üzrə ənənəvi qaydada dərslərə başlanacaq. Məktəblər bütün siniflərdə və bütün səviyyələrdə lazımi tədbirlər görülməklə həftənin 5 günü üz-üzə tədrisə açılacaq".
Azvision.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer deyib.

O bildirib ki, məktəblər Səhiyyə Nazirliyi ilə birgə COVID-19 epidemiyasına qarşı bütün tədbirləri görüb.

Nazir şagirdlər üçün peyvənd və ya PCR testləri ilə bağlı heç bir məcburiyyət olmadığını əlavə edib. Özerin sözlərinə görə, peyvənd edilmək könüllüdür. Təkcə müəllimlər deyil, təhsil və təlim sektorunu əhatə edən bütün işçilər istəsələr peyvənd vurduracaqlar.

"Şagirdlərimizlə təmasda olan və peyvənd edilməyən müəllimlər və digər işçilər həftədə iki dəfə PCR testindən keçəcəklər", - nazir vurğulayıb.

Azvision.az



Teqlər: Türkiyə   Təhsil  





Xəbər lenti