Avropa hərbi acizliyini etiraf edir

  28 Avqust 2021    Oxunub :797
   Avropa    hərbi acizliyini    etiraf edir
Süddeutsche Zeitung: "Avropa ölkələri ABŞ-ın köməyi olmadan özünü müdafiə edə bilməz".
Əfqanıstanda baş verən hadisələr göstərdi ki, Avropa ölkələri müstəqil şəkildə müdafiə oluna bilmir və bu sahədə ABŞ-a tam etibar edir. Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung" nəşri yazıb.

Jurnalist Daniel Bresslerin dediyinə görə, bu, Kabil hava limanından insanların təxliyəsi zamanı aydın şəkildə özünü göstərdi.

"NATO üzvlərindən heç biri ABŞ-ın göstərişi olmadan bir addım ata bilməz. Aydın oldu ki, qoşunların çıxarılması məsələsində Almaniya, Fransa və Böyük Britaniyanın istəkləri ikinci dərəcəlidir", - müəllif yazır.

O, qeyd edir ki, hələ 2017-ci ildə keçirilən seçki kampaniyası zamanı Almaniya Federal Kansleri Angela Merkel Avropa liderlərini öz ölkələrinin təhlükəsizliyini təmin etmnək üçün daha böyük məsuliyyət daşımağa çağırmışdı.

"Almaniya və digər ölkələrin hərbi büdcələrinin artmasına baxmayaraq, NATO daxilində güc balansında heç nə dəyişməyib", - Bressler vurğulayıb.

Onun fikrincə, ABŞ Prezidenti Co Bayden Köhnə Dünyaya daha az maraq göstərir. Amerika Birləşmiş Ştatları Avropa ilə əlaqələri dayandırsa, onu ciddi riskə atacaq, - o əlavə edib.

Xarici missiyalarda çalışan xarici vətəndaşların və əfqanların təxliyəsi ABŞ ordusu və digər NATO ölkələrinin əsgərlərinin qoruduğu Kabildakı yeganə hava limanı vasitəsi ilə həyata keçirilir.

Cümə axşamı günü Əfqanıstanın paytaxtında Amerika əsgərləri də daxil olmaqla təxminən 200 nəfərin öldüyü terror hücumu baş verib.

Nadir Quliyev
Azvision.az

Teqlər: Avropa   NATO   Əfqanıstan  







Xəbər lenti