"Sərhədlərin delimitasiyasına kömək etməyə hazırıq" - Borrel

   "Sərhədlərin delimitasiyasına kömək etməyə hazırıq" -    Borrel
  28 Avqust 2021    Oxunub:1351
"Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsində kömək göstərməyə hazırdır".
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrelin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana yeni vəzifəyə təyin olunması münasibətilə ünvanladığı təbrik məktubunda deyilir.

O, Aİ-nin münaqişədən sonrakı bərpa işlərinə və tərəflər arasında etimad mühitinin yaradılmasına yönəlmiş tədbirləri təşviq etməyə hazır olduğunu bir daha təsdiqləyib.

"Bu kontekstdə sərhədlərin delimitasiyasına kömək göstərməyə hazırıq", - Aİ rəsmisi bildirib.

Azvision.az



Teqlər: Avropaİttifaqı   Sərhəd  



Xəbər lenti