Akar Azərbaycana təşəkkür edib

   Akar Azərbaycana təşəkkür edib
  28 Avqust 2021    Oxunub:2064
“Kabildə hərbi qüvvələrimizlə birlikdə xidmət edən qəhrəman Azərbaycan hərbçilərinə təşəkkür edirəm".
Azvision.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Akar Azərbaycanın dövlət qurumlarına, nazirliklərinə də işbirliyinə görə təşəkkürünü ifadə edib.

"Ötən müddət ərzində 20 min silahdaşımız Əfqanıstanda xidmət aparıb. Onlar vəzifələrini uğurla icra edib, əfqan xalqının qəlbini, NATO-nun rəğbətini qazanıb”, - Akar söyləyib.

Terror aktını qınadığını bildirən nazir, Türkiyənin bölgədəki vəziyyəti diqqətlə izləyəcəyini vurğulayıb.

"Həmid Kərzay hava limanının işlədilməsi ilə bağlı təklif gələrsə, qiymətləndiriləcək. Türk Silahlı Qüvvələri millətinin ixtiyarındadır və vəzifəsinin başındadır", - o vurğulayıb.

Azvision.az



Teqlər: Azərbaycan   Türkiyə  





Xəbər lenti