Kabildəki terror aktında iki jurnalist öldürülüb

Kabildəki terror aktında iki jurnalist öldürülüb
  28 Avqust 2021    Oxunub:1079
Əfqanıstanın “Raha Press” və “Atlas Press” agentliklərinin müxbirləri avqustun 26-da Kabildə hava limanı yaxınlığında törədilən terror aktı nəticəsində həlak olublar.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin “Pajhwok” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, qurbanlardan biri “Raha Press”in qurucularından olan Əli Rza Əhmədi, digəri onun qardaşı, hər iki agentlikdə müxbir vəzifəsində çalışan Mojtaba Əhmədi olub.

Xatırladaq ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında törədilən terror aktı nəticəsində 13-ü Amerika əsgəri olmaqla 200 insan həlak olub.

Azvision.az



Teqlər: Kabil   Terror  





Xəbər lenti