Britaniya Əfqanıstandan təxliyəni başa çatdırıb
Onun sözlərinə görə, Böyük Britaniya hökuməti avqustun 13-dən etibarən Əfqanıstandan təxminən 15 min mülki şəxsi və 1000 hərbçini çıxarıb.
"Əməliyyatın bu mərhələsinə son qoymağın vaxtı gəldi, amma biz hələ də ölkəni tərk etmək istəyən insanları unutmadıq. Onlara kömək üçün əlimizdən gələni etməyə davam edəcəyik. Əfqanıstanın cəsur və ləyaqətli xalqını unutmadıq. Onlar sülh və təhlükəsizlik içində yaşamağa layiqdirlər", - səfir "Twitter" üzərindən Kabil hava limanından yaydığı videomüraciətdə vurğulayıb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


