"Taliban" Kabil hava limanının bəzi zonalarını nəzarətə götürüb

"Taliban" Kabil hava limanının bəzi zonalarını nəzarətə götürüb
  28 Avqust 2021    Oxunub:1547
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı paytaxt Kabildə Həmid Kərzay hava limanında müəyyən zonaları nəzarətə götürüb.
Azvision.az xəbər verir ki, bu barədə “Pajhwok” agentliyi hərəkat nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, xarici qüvvələrin hava limanını tərk etməsi fonunda bir çox zonalar taliblərin nəzarətinə keçib. Onların aeroportun ətrafına əlavə qüvvələr yerləşdirməyə başlaması da bildirilir.

Xatırladaq ki, artıq bir çox ölkələr Əfqanıstandan təxliyəni başa çatdırdıqlarını açıqlayıb. "Taliban" bunun üçün xarici qüvvələrə 31 avqustadək vaxt verib.

Azvision.az



Teqlər: Kabil   Aeroport  



Xəbər lenti