Kabildə güclü partlayış baş verib
Asvaka agentliyi bildirir ki, partlayış yaşayış binasına endirilən raket zərbəsi nəticəsində baş verib. Agentliyin məlumatına görə, iki nəfər həlak olub, üç nəfər yaralanıb. Ölənlər qadın və uşaqdır.
Ariana News telekanalı isə bir qədər sonra xəbər verib ki, raket hücumu nəticəsində dördü uşaq olmaqla, altı nəfər həyatını itirib. Həmçinin iki nəqliyyat vasitəsi məhv edilib, yaşayış binası qismən dağılıb. Sakinlər vedrələrlə su daşıyaraq yanğını söndürməyə çalışırlar.
KİV-də ABŞ Silahlı Qüvvələrinin Kabildəki obyektlərə raket zərbələri endirdiyi barədə xəbərlər yayılır.
Azvision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


