"Taliban"ın hədəfi aeroportdur

"Taliban"ın hədəfi aeroportdur
  30 Avqust 2021    Oxunub:1211
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı xarici qüvvələrin tamamilə çıxmasından sonra Kabil hava limanının onların nəzarətinə keçəcəyini gözləyir.
Azvision.az xəbər verir ki, bu barədə “Taliban”ın nümayəndəsi Zabihullah Mücahid “NHK” kanalına bildirib.

"ABŞ artıq hava limanının bəzi hissələrini tərk etdi və onlar “Taliban”ın nəzarətinə keçib. Xarici qoşunların hava limanından tamamilə çıxarılması ilə bağlı nikbinik. Yaxın gələcəkdə bütün hava limanı “Taliban”ın yurisdiksiyasına daxil olacaq",- o deyib.

Xatırladaq ki, daha əvvəl Türkiyə nümayəndə heyəti ilə görüşdə "Taliban" aeroportun idarəçiliyini qarşı tərəfə təklif edib.

Azvision.az





Teqlər: Taliban   Aeroport  





Xəbər lenti