Ermənistanın XİN rəhbəri Moskvaya gedib

 Ermənistanın XİN rəhbəri Moskvaya gedib
  30 Avqust 2021    Oxunub:1217
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya işgüzar səfərə yola düşüb. Səfər avqustun 31-dək davam edəcək.
Azvision.az bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Mirzoyanın rusiyalı həmkarı Sergey Lavrovla görüşü, daha sonra mətbuat konfransı keçirilməsi planlaşdırılır. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas ilə də görüşəcək.

Mirzoyan və Lavrov Moskva və İrəvan əməkdaşlığının bütün sahələrdə inkişaf etdirilməsini, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində Qarabağa dair əldə etdikləri razılaşmalarının həyata keçirilməsi vəziyyətini, humanitar məsələləri, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını müzakirə edəcəklər.

Azvision.az



Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti