ABŞ-ın Kabilə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı artdı - YENİLƏNİB

 ABŞ-ın Kabilə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı artdı -  YENİLƏNİB
  30 Avqust 2021    Oxunub:1134
Bazar günü ABŞ Silahlı Qüvvələrinin Əfqanıstanın paytaxtı Kabilə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Daha əvvəl 9 nəfərin öldüyü və 4 nəfərin yaralandığı bildirilmişdi. Qurbanların çoxu eyni ailənin üzvləridir. Həlak olanlar arasında 7 uşaq var.

***
11:19
ABŞ Silahlı Qüvvələrinin bazar günü Kabilə endirdiyi raket zərbəsi nəticəsində 9 nəfər həlak olub. Onların hamısı eyni ailənin üzvləridir.

Azvision.az xəbər verir ki, bu barədə “CNN” qurbanların yaxınlarına istinadən məlumat yayıb.

Həlak olanların arasında ən kiçiyinin iki yaşı olmaqla, 6 uşaq var.

Xatırladaq ki, Amerika qüvvələri bazar günü Kabildə “İŞİD” terror təşkilatının bir qolu olan “Xorasanda İslam Dövləti” yaraqlılarının planlaşdırdığı terror aktının qarşısını almaq üçün PUA-dan zərbələr endirib. Yaraqlıların partlayıcı maddə olan avtomobili məhv edilib.

Məlumata görə, ABŞ qüvvələrinin hücumu iki nəqliyyat vasitəsini və bir yaşayış binasını qismən dağıdıb.

Azvision.az




Teqlər: ABŞ   Kabil  





Xəbər lenti