Livan elektriksiz qalıb

Livan elektriksiz qalıb
  09 Oktyabr 2021    Oxunub:2528
Livanda elektrik enerjisi böhranı yaşanır.
Azvision.az xəbər verir ki, bu barədə yerli telekanal olan "LBCI" məlumat yayıb.

- İki elektrik stansiyasının fəaliyyətinin dayanmasından sonra Livan tamamilə qaranlığa qərq olub, - xəbərdə deyilir.

Bildirilir ki, ölkənin ən böyük elektrik stansiyaları "Az-Zahrani" və "Deyr-Ammar" dizel yanacağı ehtiyatının tükənməsi səbəbindən işini dayandırıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Livan  





Xəbər lenti