Lukaşenko həmkarları ilə Əfqanıstanı müzakirə edib

Lukaşenko həmkarları ilə Əfqanıstanı müzakirə edib
  30 Avqust 2021    Oxunub:891
Belarus prezidenti Aleksandr Lukaşenko Tacikistan lideri Emoməli Rəhmon və rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları zamanı Əfqanıstandakı vəziyyəti müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Düşənbədəki iclasına təqdim olunan məsələlər üzrə məsləhətləşmələr aparıldı. Tərəflər Əfqanıstanla bağlı ortaq mövqenin sərgilənməsini də müzakirə etdilər", - açıqlamada vurğulanıb.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın ortalarında Düşənbədə keçiriləcək KTMT və Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində Əfqanıstandakı vəziyyətin müzakirə olunacağını bildirib.

Azvision.az






Teqlər: Belarus   Əfqanıstan  



Xəbər lenti