Pəncşirdə internet və telefon əlaqəsi bərpa edilib

Pəncşirdə internet və telefon əlaqəsi bərpa edilib
  30 Avqust 2021    Oxunub:947
Əfqanıstanda "Taliban"a müqavimət göstərən qüvvələrinin cəmləşdiyi Pəncşir əyalətində internet və telefon əlaqəsi bərpa olunub.
Azvision.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Əyalətdə internet və telefon əlaqəsini ölkədə hakimiyyəti ələ keçirən “Taliban” məhdudlaşdırmışdı.

Xatırladaq ki, taliblərin hakimiyyəti ilə razılaşmayan qüvvələr Pəncşirdə məşhur səhra komandiri Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət təşkil ediblər. Əşrəf Qaninin ölkəni tərk etməsindən sonra özünü müvəqqəti dövlət başçısı elan edən vitse-prezident Əmrullah Saleh də müqavimətçi qüvvələrə qoşulub.

"Taliban"la onlar arasında danışıqlar aparılsa da, razılığa gəlinməyib.

Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti