Lukaşenko və Putin gələn ay Moskvada görüşəcək

Lukaşenko və Putin gələn ay Moskvada görüşəcək
  30 Avqust 2021    Oxunub:920
Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin sentyabrın 9 -da Moskvada görüşəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Görüşün tarix bu gün dövlət başçıları arasında baş tutan telefon danışığı zamanı razılaşdırılıb.

Prezidentlərin iki ölkənin hökumətləri tərəfindən hazırlanan əməkdaşlıq proqramlarını və beynəlxalq problemləri, həmçinin ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə edəcəkləri bildirilir.

Azvision.az



Teqlər: Rusiya   Belarus  



Xəbər lenti