Əfqan jurnalistlər BMT-dən kömək istəyirlər

Əfqan jurnalistlər BMT-dən kömək istəyirlər
  30 Avqust 2021    Oxunub:948
Əfqanıstanlı jurnalistlər BMT-ni təhlükəsizliklərini təmin etməyə çağırırb. Bununla bağlı jurnalistlər kollektiv şəkildə beynəlxalq quruma məktub ünvanlayıblar.
Azvision.az bu barədə “Tolo News”a istinadən xəbər verir.

"Mövcud problemləri və media işçilərinin həyatı, ailələri, əmlakı üçün artan təhdidləri nəzərə alaraq, BMT-dən bizim və ailələrimizin həyatını xilas etmək üçün dəstək istəyrik”, - məktubda vurğulanıb.

Bazar günü yerli “Pajhwok” agentliyi Beynəlxalq Jurnalistlər Federasiyasının əfqan həmkarlarından "Taliban" hərəkatının hakimiyyəti ələ keçirməsindən sonra ölkədən təxliyyəyə kömək göstərilməsi üçün 2 mindən çox müraciət aldığını bəyan edib.

Xatırladaq ki, "Taliban" 15 avqustda bir neçə saat ərzində döyüşsüz Kabildə tam nəzarəti ələ aldı. Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etdi. "Taliban" bütün xarici qüvvələrə ölkədən çıxmaq üçün 31 avqusta qədər vaxt verib.

Azvision.az



Teqlər: Əfqanıstan   BMT  





Xəbər lenti