"Kabildə terror aktından sonra amerikalılar mülki əhaliyə atəş açıb" - Jurnalist

"Kabildə terror aktından sonra amerikalılar mülki əhaliyə atəş açıb" -    Jurnalist
  30 Avqust 2021    Oxunub:1604
"Amerika hərbçiləri Əfqanıstanın paytaxtı Kabildə hava limanında törədilən terror aktından dərhal sonra sakinlərə atəş açıblar".
Azvision.az xəbər verir ki, bu barədə “RT”in müxbiri Murad Qadziyev bildirib.

"Amerikalılar izdiham içərisində intiharçıların olduğunu düşündülər və havaya deyil, birbaşa kütlənin içinə atəş açmağa başladılar", - o, şahidlərə istinadən məlumat yayıb.

Şahidlərin sözlərinə görə, partlayış nəticəsində az sayda insan ölüb, qalanlarını panika içərisində olan Amerika əsgərləri gülləyib.

Keçən cümə axşamı Kabil hava limanında partlayış baş verib.“İŞİD” terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Hadisə nəticəsində 13-ü amerikalı hərbçi olmaqla 200 nəfər ölüb.

Azvision.az



Teqlər: Əfqanıstan   ABŞ  





Xəbər lenti