ABŞ Kabildə yeni hücum təhlükəsi olduğunu açıqlayıb

ABŞ Kabildə yeni hücum təhlükəsi olduğunu açıqlayıb
  30 Avqust 2021    Oxunub:971
ABŞ ordusunun Əfqanıstandan təxliyəsi başa çatma ərəfəsində yeni hücumlar gözlənilir. Təhlükə "real və aktiv"dir.
Azvision.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi brifinqdə deyib:

"Gələcək potensial təhdidlərə hazır olmalıyıq və buna əsaslanaraq hərəkət edirik. Təhlükə hələ də realdır, aktivdir və bir çox hallarda spesifikdir. Biz bunu ciddiyə alırıq və sona qədər də belə qəbul edəcəyik”.

Azvision.az



Teqlər: ABŞ   Əfqanıstan  





Xəbər lenti