BMT TŞ Əfqanıstanla bağlı qətnamə qəbul edib

BMT TŞ Əfqanıstanla bağlı qətnamə qəbul edib
  30 Avqust 2021    Oxunub:2020
BMT-nin Təhlükəsizlik Şurası Taliban hərəkatının yerli sakinlərin və əcnəbi vətəndaşların Əfqanıstandan maneəsiz çıxışla bağlı öhdəliyini yerinə yetirməsi barədə qətnamə qəbul edib.
Azvision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, sənədə 13 üzv səs verib, Rusiya və Çin bitərəf qalıb.

Qətnamə, həmçinin Əfqanıstana humanitar yardımın göstərilməsi üçün səylərin gücləndirilməsini tələb edir.

Azvision.az


Teqlər: BMT   Əfqanıstan  





Xəbər lenti