Zelenski ABŞ-da səfərdədir

Zelenski ABŞ-da səfərdədir
  31 Avqust 2021    Oxunub:1028
Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona səfərə gedib. O, sentyabrın 1-də ABŞ Prezidenti Co Baydenlə görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Zelenskinin 31 avqust-1 sentyabr tarixlərində Vaşinqtonda qalacağını, bundan sonra Kaliforniyaya səfər edəcəyini və amerikalı iş adamları ilə görüşəcəyini bildirib.

İşgüzar səfər çərçivəsində iki ölkə liderlərinin təkbətək və geniş formatda görüşü nəzərdə tutulub. Həmçinin, bir sıra sənədlər imzalanacaq.

Zelenski və birinci xanım Yelena Zelenskaya ABŞ-ın bir sıra digər şəhərlərində olacaqlar.

Azvision.az



Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti