Bayden orduya qisas almağa icazə verdi

      Bayden    orduya qisas almağa icazə verdi
  31 Avqust 2021    Oxunub:1126
Ağ Evin sözçüsü Cen Psaki ABŞ Prezidenti Co Baydenın Kabildə Amerika əsgərlərinin həyatına son qoyan terrorçulardan qisas almaq üçün Əfqanıstandakı Amerika ordusuna əllərindən gələn hər şeyi etməsinə icazə verdiyini söyləyib.
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, Psaki "Prezidentin komandirlərə heç bir şey qarşısında dayanmamalı olduqlarını, Amerika əsgərlərini öldürən İŞİD-in cavab verməli olduğunu söylədiyini" bildirib.

O qeyd edib ki, ABŞ-ın Əfqanıstanda cümə axşamı günü İŞİD yaraqlılarına hücumundan sonra etdiyi hərəkətlər özünümüdafiədir.

Psakiyə görə, Bayden ordudan hücumda əli olanların tapılaraq öldürüləcəyini gözləyir.

Hərbçilər bazar günü ABŞ ordusunun Əfqanıstan paytaxtında çoxlu miqdarda partlayıcı maddə daşıyan və Kabil hava limanına təhlükə yaradan bir avtomobilin Amerika pilotsuz təyyarəsi tərəfindən vurulduğunu bildiriblər.

Daha sonra CNN xəbər verib ki, Kabildə bir Amerika pilotsuz təyyarəsinin endirdiyi zərbə altısı uşaq olmaqla 9 dinc vətəndaşın həyatına son qoyuub.

Taliban 15 avqustda paytaxta girərək prezident sarayını nəzarətə götürmüş, 16 avqustda Əfqanıstanda müharibənin bitdiyini və yaxın vaxtlarda ölkədə idarəetmə formasının aydınlaşacağını açıqlamışdı. ABŞ hərbçiləri və diplomatları ölkəni 31 Avqusta qədər tərk etməyi planlaşdırırdılar. Lakin ölkədən daha sonra çıxmaq istəyən risk qrupundakı əcnəbilərə və yerli əhaliyə kömək edəcəklərini də bildiriblər.

Nadir Quliyev
Azvision.az




Teqlər: Bayden   Əfqanıstan   Kabil  





Xəbər lenti