Ermənistanın milli qəhrəmanının məzarı dağıdılıb

   Ermənistanın milli qəhrəmanının məzarı dağıdılıb
  31 Avqust 2021    Oxunub:1676
Ermənistanın milli qəhrəmanı Narek Qevorkyanın Erabul hərbi panteonundakı məzarı dağıdılıb.
Azvision.az bu barədə erməni KİV-lərə istinadən məlumat verir.

Naməlum şəxslər məzar daşını, sütunlar və skamyaları sökərək, oğurlayıblar. Atası Roman Qevorkyan bildirib ki, bir gün əvvəl Erabulda olublar və məzar daşı yerində olub. Onun sözlərinə görə, bu, vandalizmdir.

R.Qevorkyan deyib ki, bu gün etiraz etmək və vandalların məsuliyyətə cəlb olunmasını tələb etmək üçün bir qrup insanla hökumət binasına gedəcəklər.

Xatırladaq ki, bu, Ermənistanda ilk hal deyil. Daha əvvəl də ölən hərbçilərin məzarları təhqir olunub.

Azvision.az



Teqlər: Ermənistan  



Xəbər lenti