Tokayev müdafiə nazirinin istefasını qəbul edib

Tokayev müdafiə nazirinin istefasını qəbul edib
  31 Avqust 2021    Oxunub:773
Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev istefa verib. Prezident Kasım-Jomart Tokayev onun istefasını qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali bildirib.

Müdafiə naziri avqustun 26-da Jambıl vilayətindəki hərbi hissənin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar istefaya gedib.
Partlayış və ardınca başlayan yanğın nəticəsində 15 nəfər həlak olub, 98 nəfər yaralanıb. Bir nəfərin itkin düşdüyü bildirilib.

Hadisə ilə əlaqədar olaraq 29 avqustda ölkədə matəm elan edilmişdi.

Azvision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti