Səudiyyə Ərəbistanı hava limanına hücum: yaralılar var

Səudiyyə Ərəbistanı hava limanına hücum:  yaralılar var
  31 Avqust 2021    Oxunub:1627
Səudiyyə Ərəbistanı Krallığının cənubundakı Abha şəhərinin hava limanına pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində bir mülki təyyarə zədələnib, 8 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Ər-Riyadın rəhbərlik etdiyi Ərəb koalisiyasının bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, partlayıcı ilə dolu olan PUA hücumu "Ənsar Allah" (husilər) hərəkatının üsyançıları tərəfindən Yəmən ərazisindən həyata keçirilib. Pilotsuz uçuş aparatı ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Ancaq təyyarənin qalıqları yerə düşüb, bu da insanların zərəçəkməsinə və uçuş sahəsindəki dayanan laynerinin zədələnməsinə səbəb olub.

Azvision.az



Teqlər: SəudiyyəƏrəbistanı   Hücum  



Xəbər lenti