Pəncşirdə “Taliban”ın hücumunun qarşısı alınıb

Pəncşirdə “Taliban”ın hücumunun qarşısı alınıb
  31 Avqust 2021    Oxunub:1176
Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələri “Taliban” yaraqlılarının hücumunun qarşısını alıb.
Azvision.az xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində ən azı 7 silahlı öldürülüb

Xatırladaq ki, taliblərin hakimiyyəti ilə razılaşmayan qüvvələr Pəncşirdə məşhur səhra komandiri Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət təşkil ediblər. Əşrəf Qaninin ölkəni tərk etməsindən sonra özünü müvəqqəti dövlət başçısı elan edən vitse -prezident Əmrullah Saleh də müqavimət qüvvələrinə qoşulub.

Azvision.az





Teqlər:





Xəbər lenti