Moskvada Lavrov və Mirzoyan arasında görüş keçirilir

Moskvada Lavrov və Mirzoyan arasında görüş keçirilir
  31 Avqust 2021    Oxunub:1581
Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçirilir.
Azvision.az xəbər verir ki, görüşdə Lavrov müzakirə ediləcək mövzulara toxunub.

O deyib ki, Qarabağ məsələsi danışıqlarda ayrıca bir mövzudur. Rusiyalı rəsmi bir sıra məsələlərin birbaşa 3 dövlət rəhbəri arasında müzakirə olunduğunu söyləyib.
Lavrov əlavə edib ki, rusiyalı sülhməramlı kontingenti ilə bağlı müzakirə də vacib əhəmiyyət daşıyır. Bundan əlavə, regionda kommunikasiyaların açılması məsələsi də diqqətdə olacaq.

Azvision.az



Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti