Əfqanıstan humanitar fəlakətə yaxındır - BMT Baş katibi
“Əfqanıstan yeni mərhələyə qədəm qoyur, ölkədə dərinləşən humanitar və iqtisadi böhranla əlaqədar bir çox əsas xidmətlərin tamamilə çökmə təhlükəsi ilə üzləşməsinə görə ciddi narahatlığımı bildirmək istəyirəm. İndi əfqan uşaqları, qadınları və kişiləri beynəlxalq birliyin dəstəyinə və həmrəyliyinə daha çox ehtiyac duyurlar. Bizim bölgəyə humanitar yardımlar çatdırmaq öhdəliyimiz dəyişməyəcək. Artıq bu il səkkiz milyon adama yardım çatdırmışıq. Son iki gündə 80 min insana ərzaq və minlərlə köçkün ailəyə yardım paketi təqdim olunub. Dünən ölkəyə 12, 5 ton tibbi ləvazimat gətirmişik" , - Baş katib deyib
BMT rəsmisi bütün tərəfləri bölgəyə humanitar girişi asanlaşdırmağa çağırıb.
Azvision.az
Teqlər: BMT Əfqanıstan